MUSTAFA001 XOS GELDINIZ!!!

AZERBAYCANIN SUPER ADRESI WWW.MUSTAFA001.TR.GG


   
 
  AZERİ ULDUZLARI


Əməkdar artist Faiq Ağayev dekabrın 27 və 28-də geniş tamaşaçı tutumu olan konsert salonlarının birində solo konsert verəcək. Konsertin harada baş tutacağını sirr saxlayan müğənninin sözlərinə görə, indi konsertin cari işləri gedir. Müğənni konsert üçün beş yeni mahnı da hazırlayıb. Maraqlıdır ki, hər il bir neçə gün dalbadal solo konsert verən müğənni niyə bu dəfə pərəstişkarları ilə iki gün görüşəcək? F.Ağayev deyir ki, iki gündə olan tamaşaçıların sayı beş gün ərzində konsertə gələn qonaqların sayından çox olacaq. Gəzən şaiyələrə görə, müğənninin konserti Heydər Əliyev adına İdman Konsert Kompleksində baş tutacaq.
Bu gün Leyla Şıxlinskaya adına klinikadan körpəsi ilə birilkdə evə buraxılan əməkdar artist Zülfiyyə Xanbabayeva TrendLife-a açıqlama verdi. Əvvəlcə KİV nümayəndələrinə onu tək qoymadıqları üçün minnətdarlığını bildirən əməkdar artist sonra qızına ad qoyulduğunu qeyd etdi. Öyrəndik ki, müğənni, həyat yoldaşı Zaurla birlikdə qızını Dəniz adlandırıb.
Növbəti dəfə plastik əməliyyat keçirmək üçün bir neçə gün öncə Sankt-Peterburqa yollanan əməkdar artist Aygün Kazımova artıq Bakıya dönüb. Xatırladaq ki, bu, sənətçinin sayca yeddinci belə əməliyyatıdır. Müğənninin mətbuat katibi Samirə Xasməmmədovanın sözlərinə görə, Aygün Kazımova noyabrın 5-də günorta saatlarında Bakıya dönüb: “Aygün xanım özünü yaxşı hiss edir, yaxın günlərdə isə o, mətbuat nümayəndələri ilə görüşəcək”. S.Xasməmmədova sənətçinin bədəninin hansı hissələrini korrektə etməsi ilə bağlı açıqlama vermədi. Bildirdi ki, A.Kazımova özü mətbuat konfransında bu haqda ətraflı məlumat verəcək.
Sözügedən klip görkəmli Azərbaycan şairi Məmməd Arazın xatirəsinə həsr olunub. Yeni mahnıda Məmməd Arazın iki şeri - Dağlar məni tanımadı və Dağlar küsüb məndən şerləri birləşdirilib. Musiqinin bəstəkarı Nazim Quliyevdir. Klipin rejissoru Rüfət Əsədovdur. Müğənni bu mahnını dirijor Ağaverdi Paşayevin idarəsi altında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşaiyəti ilə ifa edib. Mahnının sədaları altında Azərbaycan təbiətindən nümunələr, həmçinin Məmməd Araz haqqında çəkilmiş kadrlar göstərilir. Klipə baxdıqdan sonra görkəmli şairin ailə üzvləri klipin yaradıcılarına öz təşəkkürlərini bildirdilər.
Məşhur meyxanaçının həyat yoldaşı Solmaz Şükürova: “Namiq məni 4 aylıq körpə ilə tək qoyub gedib” Şəxsi həyatı ilə bağlı yayılan xəbərləri Namiq Qaraçuxurlu hələ də təkzib etsə də, nəhayət, əsl həqiqət üzə çıxdı.“Biz+” jurnalına müsahibə verən Solmaz Şükürova Namiq Qaraçuxurlunun onun keçmiş həyat yoldaşı olması ilə bağlı ortaya tutarlı faktlar - foto-şəkillər və rəsmi sənədlər çıxarıb. Müsahibəni ixtisarla dərc edirik. - Biz Namiq Qaraçuxurlunun evli və iki uşaq atası olması barədə yazmışdıq. Amma sənətçi bunu təkzib etmişdi. Deməli, yazdıqlarımız doğrudur? - Bəli, Namiqlə bizim iki oğlumuz var. Biri Ümid, digəri Ülvi. Ümid 5, Ülvi 4 yaşındadır. Namiqlə 2001-ci il avqustun 30-da Suraxanı rayonunun VVAQ idarəsində kəbin kəsdirmişik. 2002-ci il iyulun 7-də birinci övladımız, 2003-cü il noyabrın 23-də ikinci oğlumuz dünyaya gəlib. 2005-ci il dekabrın 2-də isə rəsmən boşanmışıq, yəni o günə qədər rəsmi ər-arvad olmuşuq. Amma 2004-cü ilin martında Namiqlə qeyri-rəsmi ayrılmışıq. O, məni 4 aylıq körpə ilə tək qoyub gedib. - Namiqlə ailə qurmağınız öz istəyinizlə olub, yoxsa bu, valideynlərin arzusu idi? - Öz arzumuzla evlənmişik. Həm mənim, həm də onun valideynləri bu evliliyin əleyhinə idilər. Namiqlə evlənəndə o, kasıb oğlan idi. Onun “Rəvayət” klipi 2002-ci ilin aprelin 29-da ilk dəfə ekrana çıxıb. Həmin il mayın 28-də Şəhriyar adına Mədəniyyət Mərkəzində konsert verib. Birinci oğlumuz dünyaya gələnə yaxın birdən-birə o, “Rəvayət”lə partlayış etdi, tanındı. Ən maraqlısı odur ki, Namiqin populyarlaşmasında iki adamın xidməti var: onlardan biri mənəm, biri də Muğamat Əzizov. O, Namiqin kasetinə qulaq asıb, axtarıb tapmışdı və ona təmənnasız klip çəkmişdi. Bu gün Namiqin yanında nə mən varam, nə də Muğamat... - Niyə Namiqdən ayrılmaq qərarına gəldiniz? - Aygünlə duetlərindən sonra münasibətimiz elə həddə çatdı ki, ayrılmalı olduq. Ayrılmalı olduq deyəndə ki, Namiq mənə dedi ki, Moskvaya gedirəm, məhərrəmlik (Məhərrəm ayı nəzərdə tutulur - red.) olduğu üçün toylar yox idi. İki aydan sonra bilmişəm ki, o, Aygünün evində yaşayır. Sonrakı 7-8 ayda bir az pul göndərdi. Efirdə göstərdilər ki, boğazından əməliyyat olunub. Əməliyyata qədər də 4-5 ay xəstə yatdı. Xəstə olduğu müddətdə mənə dedi ki, sənə göndərməyə pulum yoxdur, uşaqlara fikir ver, sonra pul göndərərəm. Sonuncu dəfə 2005-ci ilin fevralında pul göndərdi. Ondan əvvəl maddi kömək edib. Bizi atıb gedəndə evdə bir az pul, bir az da qızıl var idi. Mən onları satmağa məcbur oldum, çünki problemlərimiz yarandı. Evi satıb borclarımızı qaytardım. - Uşaqların bu məsələlərə münasibəti necədir? - Ümid tanıyır, o, 1 yaş 8 aylıq idi Namiq evdən gedəndə. Ülvi isə 4 aylıq idi. Uşaqların içində qəribə bir hiss var. Ümid indi istəmir onu, deyir ki, əgər o, bizi sevsə idi, mən də onu sevərdim, axı, o, bizi sevmir. Amma Ülvi hələ “mənim atam” deyir. Oğlanları Namiq Qaraçuxurluya nifrət edir. Bütün bunları heç vaxt, heç yerdə deməmişəm. Bu dəfə də danışmaq fikrim yox idi. Sadəcə, Namiq müsahibəsində bizim haqqımızda çox artıq kəlmələr işlədib. Deyib ki, guya mən özümə hörmət etmirəm. Düz deyir, mən indiyə kimi özümə hörmət etməmişəm. Əlimdə qanuni kəbin kağızım, qanuni uşaqlar ola-ola susmuşam. Uşaqlarımın atası kimi ona hörmət etmişəm. Bizim iki uşağımız var, nə Aygün, nə mənim həyatım, nə də onun həyatı bu faktı dəyişə bilməyəcək. - Namiqin sizinlə, uşaqlarla heç bir əlaqəsi yoxdur? - Uşaqları ondan heç bir qəpik də görmür. O, Ümidi çox sevirdi, görünür, onda heç bir hissiyat qalmayıb. O, bizim harada yaşamağımızı bilmir. Namiq mənimlə, uşaqlarla maraqlanmır, heç bilmir onlar necə böyüyür. O, bizdən ayrılsa da, qazandığı hər pulda haqqımız var. Mən həmin pulu da halal etmirəm, amma heç istəmirəm də. Şükür Allaha, işim var, vəzifəm var, Allah məni ac qoymur. Uşaqlara baxıram, uşaqları oxutmağa, ayağa qaldırmağa çalışıram. - Ailənizin dağılmasında Namiqi, yoxsa Aygünü günahkar görürsünüz? - Mən Aygündə zərrə qədər günah görmürəm. Bütün insanlar xoşbəxt olmaq istəyir. Onların arasındakı yaş fərqinə baxmayaraq, axır ki, Aygün öz tayını tapdı və onunla xoşbəxtdir. Aygündə günah yoxdur, Namiqin artıq 29 yaşı var. Şüurlu adamdır, Aygün hər halda onu orada zəncirlə saxlamır. İnanmıram ki, Aygün Namiqə uşaqlarla görüşməyi, kömək göstərməyi qadağan edə. Aygünün də öz qızı var, o, qızını sevdiyindən yəqin ki, bir qadın kimi məni başa düşər. Axı mən də uşaqlarımı böyütmək istəyirəm, istəyirəm onların hər şeyi olsun. Allah qoysa olacaq da, Namiqli Namiqsiz. Bu iş olacaq. - Bu müsahibədən sonra ola bilərmi ki, Namiq sizin haqqınızda hansısa ittihamlar, faktlar söyləsin? - Onun əlində fakt olsa idi indiyə qədər deyərdi. Axı nədən danışacaq, canlı iki uşaq var. Lazım gəlsə uşaqların qan analizini verərəm. Aygünün prodüseri deyib ki, Namiq mənimlə metroda tanış olub. Metroda tanış olmaq nə vaxtdan günah sayılır? Onda ən böyük arzumuz o idi ki, evimiz, maşınımız olsun. İlk maşınımız VAZ 2106 idi, hələ “Rəvayət”dən çox qabaq almışdı. Adi bir maşına necə sevinirdik. Nə vaxt ki, hər şeyimiz oldu, o bizi atıb getdi. Namiq mənim axıracan susacağıma o qədər arxayın olub ki, belə böyük danışır. Amma mən demək istəyirəm ki, indi sən sus, bundan sonra mən danışacam. Sənin kimi boş söz deməyəcəm. Əlimdə videokasetlər, şəkillər, uşaqların doğum haqqında şəhadətnaməsi var. Namiq hara gedəcək bu faktlardan? Namiq artıq mənim üçün ölüb, amma fakt ölü üçün də keçərlidir, diri üçün də.
Türkiyənin İstanbul şəhərində yerləşən Bostancı Gösteri Mərkəzinin böyük salonunda Azərbaycanın xalq artisti Zeynəb Xanlarova konsert verib. «Palmali» Şirkətlər Qrupunun sponsorluq etdiyi konsert anşlaqla keçib. Konsertdə Azərbaycan və Türkiyə bayraqları dalğalanıb. Konsertin təşkilatçısı Emin Nahidoğlunun sözlərinə görə, xalq artistinin növbəti konserti noyabrın 6-da Dənizli şəhərində baş tutacaq.
Brilliant Dadaşova Dadaşova Brilliant Suleyman qızı çox milletli Bakı şeherinde anadan olub. Onun ailesi Azerbaycanda tanınmış ailelerden biri idi. Teessufler olsun ki, Brilliant çox tez anasını itirdi. Avtomobil qezası neticesinde anası Qızxanım helak oldu. Avtomobilde olan ailenin diger uzvleri sağ qaldılar. Lakin, heyat davam edirdi. 1985-ci ilde Brilliant Dadaşova böyuk sehneye geldi. O zaman Moskvada keçirilen Umumdunya Gencler Festivalında geleceyin super ulduzu xüsusi diploma layiq görülmüşdü. 1986-cı ilde Brilliant Dadaşova Azerbaycan Televiziya ve Radiosunun solisti oldu. Daha sonra inkişaf bu axımda gedirdi. 1987-ci ilde hemyerlimiz sovet ifaçıları arasında keçirilen müsabiqede birinci yere nail ola bildi. Daha sonra Brilliant Dadaşova Azerbaycanı İsveç, Avstriya, Almaniya, Böyük Britaniya, ABŞ ve diqer dövletlerde uğurla temsil etmeye başladı. Sovet İttifaqı dağıldıgdan sonra Rusiyada solo konserti ile çıxış eden ilk müğenni mehz Brilliant Dadaşova oldu. O, Rusiyanın en iri iki şeherinde- Moskvada ve Sank-Peterburqda çıxış etdi. 1995-ci ilde"Zuleyxa" mahnısına çekilmiş videoklip Rusiya kanalında nümayiş etdirilmeye başladı ve kanalın qızıl onluğunda uzun müddet erzinde ön cergelerde sabit qaldı. 1997-ci ilde bu ve ya diger nailiyyetlerine göre Brillianta "Emekdar artist" adı verildi. Ele hemin ilde müğenni Azerbaycan-Norveç layihesinde iştirak edirdi. Xaricde klip çekdiren ilk müğenni de Brilliant Dadaşova olub. O, Türkiye ve Rusiya kimi dövletlerde videoklipde çekilib. 1999-ci ilde sehnemizin Brilliantı belediyye seçkilerde qalib gelerek Bakı şeheri Sebail rayon belediyyesine üzv seçildi. Hal-hazırda onun uğurlu karyerası davam edir. Brilliant yeni mahnılar oxuyur, videoklipler çekir ve hetta Azerbaycandan kenarda da solo konsertlerde çıxış edir. O hemçinin içtimai meselelerle de meşqul olur. Eneneye sadiq qalaraq Allaha inanır, öz Vetenini, ailesini, öz perestişkarlarını sevmekde davam edir
1980-cı il aprel ayının 3-de İbrahimovlar ailesinde 2-ci bir qız dünyaya geldi. İkinci defe aile öz körpesinin işıq üzü görmesine sevindi. Adını İrade qoydular. İrade ailede dünyaya göz açan 3 qızdan ortancılı oldu. Hele uşaq vaxtlarından ailede azdanışan, sakit tebietli olan bu qızın herdenbir qonşu uşaqların teşkil etdiyi "konsert proqramlarındakı" çıxışları çox teecüble qarşılanırdı. Balaca, zerif, mehriban ve utancaq qızın eline mikrofona benzer bir eşya alıb konsert vermesi utancaqlığı ile üst-üste düşmese de daxili, qelbden gelen arzu, istek, başqa sözle desek Allahtealanın ona bexş etdiyi istedad yavaş-yavaş özünü biruze verirdi. Qonşular onun gözel sesinin vurğunu idiler. Hetta onun bele bir texellüsü de var idi - Zeyneb Xanlarova. 1995-ci ilde Azerbaycan Dövlet televiziyasındakı "Ümid-95" adlı müsabiqe, İrade İbrahimovanın professional sehneye ilk vizit kartı oldu. Böyük bacısının ve xalasının yardımı ile bu müsabiqede laureat olan İrade artıq seçeceyi yolu müeyyen etmişdi. Ancaq ana-atası onu tam başqa peşe sahibi kimi görmek isteyirdiler. Valideynleri onun bu çıxışlarına, hetta ara-sıra qohum-qonşu meclislerinde oxumasına bele keçici heves kimi baxırdılar ve hesab edirdiler ki, bütün bunlar övladlarının uşaqlığından qalan xoş bir xatire olacaq. Atalar yaxşı deyib "sen saydığını say, gör felek ne sayır."
MUSTAFA.7919272
 
 
MUSTAFAYLA ELAQE ÜÇÜN…055 850 03 07… 070 341 47 42… 0507919272


-Web-Uzmani
DUNYA TARIXINDE BU GUN
 
 
Bugün 4 ziyaretçi (4 klik) kişi burdaydı!

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol